PFL-in Quzanlıda oynamaq istəməyənlərə cavabı (FOTO)

XƏBƏR 24 Aprel 2009 / 12:36 2614
-  A +

PFL "Qarabağ"ın ev oyunlarını Quzanlıda keçirməsiylə bağlı bəyanat yayıb. PFL-in rəsmi saytına yer alan bəyanatda deyilir: "Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağdamın "Qarabağ" klubunun ev oyunlarını Quzanlı olimpiya idman kompleksinin stadionunda keçirməsi ilə bağlı PFL-in qəbul etdiyi qərar birmənalı qarşılanmır. Bildirilir ki, yarışların nizamnaməsinə əsasən klub, ev oyunlarını keçirəcəyi əsas və ehtiyat stadion barədə PFL əvvəlcədən rəsmən məlumatlandırmalıdır. Peşəkar Futbol Liqası bəyan edir ki, Ağdamın "Qarabağ" klubu ev oyunlarının keçirmək istədiyi ehtiyat meydança kimi Quzanlı Olimpiya idman kompleksini seçməsi ilə bağlı Peşəkar Futbol Liqasına 29.07.2008-ci il tarixində QA - 059/08 saylı məktub ünvanlamışdır".
 
 
 




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord