"Bakı"nın futbolçusunun vurduğu 20 ən gözəl qol (VİDEO)

VİDEO 9 May 2012 / 16:43 2552
-  A +

"Bakı" futbol klubunun TV kanalı "Seçilmişlər" rubrikasında Junioru təqdim edir.

Tam adı Vilson Aparekido Xavyer Junior olan futbolçu 1984-cü ilin 15 mart tarixində Braziliyanın Araponqas şəhərində anadan olub. 27 yaşlı yarımmüdafiəçi Braziliyanın “Londrina” (1999-2001), “Fluminense” (2001), “Londrina” (2001-2004) klublarında oynayıb. 2004-cü ildə İtaliyanın "Kievo" komandasında icarə əsasında çıxış edib.

Junior 2004-2008-ci illərdə Sloveniyanın “Domjale” (103 oyun, 10 qol) klubunda forma geyib. 2009-cu il mövsümünü Braziliyanın “Figueirense” klubunda keçirən braziliyalı 2009-2010 mövsümündə yenidən “Domjale”yə qayıdıb. Sloveniyada 39 oyun keçirən Junior 4 qola imza atıb.

Cari mövsümdən etibarən "Bakı" klubuna transfer olunan Juniorla 2 illik müqavilə imzalanıb. Futbolçu 8 nömrəli formada çıxış edir. Komandanın braziliyalı yarımmüdafiəçisi Juniorun seçilmiş 20 qolunu izləyin.





Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı