"Xəzər Lənkəran" - "Qəbələ" matçında mübahisəli epizodlar (VİDEO)

VİDEO 7 May 2012 / 18:54 2355
-  A +

"Xəzər Lənkəran" klubunun rəsmi saytında Unibank Premyer Liqanın 31-ci turu çərçivəsində "Qəbələ" ilə keçirilən (1:1) matçın mübahisəli epizodları ilə bağlı video yerləşdirilib.

Qol.Az-ın məlumatına görə, Lənkəran klubunun rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir: 

"Matçın ilk hissəsində "Xəzər Lənkəran"ın yerinə yetirdiyi cərimə zərbəsindən sonra Rikardo Qomeş topu qapıdan keçirsə də, yan xətt hakimi futbolçunun oyundankənar vəziyyətdə olduğunu bildirdi və baş hakimin Rəhim Həsənov qolu hesaba almadı.
 
Lakin, epizodun videotəkrarından da aşkar görünür ki, top Qomeşə çatana qədər futbolçu rəqib müdafiəçilərindən geridə qərarlaşmışdı və hətta əgər cərimə meydançasında olan "Xəzər Lənkəran" futbolçularından topa toxunubsa belə, Qomeş yenə də oyundankənar vəziyyətdə ola bilməzdi.

"Xəzər Lənkəran" Futbol Klubu oyundan dərhal sonra AFFA İntizam Komitəsinə və Peşəkar Futbol Liqasına epizodla bağlı şikayət məktubu göndərib, məsələnin araşdırılmasını və müvafiq ölçülərin götürülməsini xahiş edib".





Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı