Əmrəylə Zokora arasında növbəti gərginlik (VİDEO)

VİDEO 7 May 2012 / 13:10 2599
-  A +

Türkiyə superliqasında dünən keçirilən “Trabzonspor” – “Fənərbaxça” oyununda gərgin anlar yaşanıb. Qol.Az-ın məlumatına görə, qonaq komandanın 3:1 hesabıyla qalib gəldiyi oyunda son vaxtlar münasibətləri gərginləşən “Fənərbaxça”lı Əmrə Bəlözoğluyla “Trabzonspor”lu Zokora yenə müqanişəyə çıxıb. Oyun başlamazdan əvvəl Əmrə bir neçə gün əvvəl irqçi söyüşlərlə təhqir etdiyi Zokoranın əlini sıxmaq istəsə də, sonuncu bundan imtina edib. Oyunun fasiləsində isə hər iki futbolçu arasında əlbəyaxa davanın baş verməsinin qarşısı məşqçilər alıblar. Birinci hissənin ortalarında Zokora Əmrə qarşı bu kobudluğuna görə sarı vərəqə alıb.




Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"