Aleksandr Şoliç 100-ə çatdı (VİDEO)

VİDEO 6 May 2012 / 01:56 1982
-  A +

"Bakı" futbol klubunun xorvatiyalı yarımmüdafiəçisi Aleksandar Soliç Unibank Premyer Liqada 100-cü oyununu keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Şoliçin yubiley matçı Unibank Premyer Liqanın 29-cu turu çərçivəsində səfərdə "Qarabağ"la görüşə (4:2) təsadüf edib.

2009-cu ildən "Bakı"nın formasını geyən Soliç "Neftçi" ilə oyunda (2:0) iştirak etməsə də, stadionda idi. Oyundan əvvəl "Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov klub rəhəbərliyi və azarkeşlər adından yubilyara "Soliç-100" yazılmış forma və klubun xüsusui hədiyyəsini təqdim edib.

Diqqətə görə təşəkkürünü ifadə edən futbolçu fikirlərini klub televiziyasının izləyiciləri ilə bölüşüb.




Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı