Premyer Liqa tarixinin ən yaxşı qolları açıqlandı (VİDEO)

Premyer Liqa tarixinin ən yaxşı qolları açıqlandı (VİDEO)
VİDEO 4 May 2012 / 17:33 3246
-  A +

İngiltərə Premyer Liqa tarixinin ən yaxşı qolları müəyyənləşib.
 
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Mançester Yunayted"in hücumçusu Ueyn Runinin ötən mövsüm "Mançester Siti"yə vurduğu qol Premer Liqa tarxinin ən yaxşı qolu seçilib.

"Arsenal"ın sabiq futbolçusu Denis Berkampın "Nyukasl"a vurduğu qol (2000-ci il) 2-ci, "topçular"ın canlı əfsanəsi Tyeri Anrinin "Mançester Yunayted"in qapısından keçirdiyi top (2000-ci il) isə siyahıda 3-cü olub. Səsvermədə bütün rəqiblərini qabaqlayan Runi bu haqda fikirlərini bölüşüb:

"Premyer Liqa tarixinin ən gözəl qolunun müəllifi olmaq möhtəşəm bir duyğudur. Alan Şirer, Paolo Di Kanio, Yeboah və Devid Bekhem kimi ulduz futbolçuları qabaqlayaraq bu mükafata sahib çıxmaq mənim üçün böyük şərəfdir. Mənə səs verən bütün azarkeşlərə təşəkkür edirəm".

Qeyd edək ki, Runi 2011-ci ildə FİFA-nın "Qızıl top" mükafatına da namizədlər sırasında idi.





















Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi