Baş məşqçi futbolçusunu döydü və qovuldu (VİDEO)

VİDEO 3 May 2012 / 13:08 2547
-  A +

İtaliya futbolunda inanılmaz olay baş verib.

A seriyasının 36-cı turunda “Novara” ilə oyun zamanı “Fiorentina”nın baş məşqçisi Delio Rossi öz komandasının futbolçusu Adem Lyaiçi döyüb.
Baş məşqçinin 20 yaşlı oyunçunu yumruqladığı epizodu telekameralar lentə alıblar. Lyaiç yaxşı oynamasına baxmayaraq, meydana çıxdıqdan az sonra əvəzlənib. Gənc futbolçu bundan məyus olub və 62 yaşlı mütəxəssisin qərarına alqışlarla reaksiya verib. Baş məşqçi isə qəzəblənərək, onu döyməyə başlayıb. Delio Rossini 4 köməkçisi çətinliklə dartıb aparıblar.

Klub rəhbərliyi isə baş məşqçini etdiyi hərəkətin qarşılığında qovub. “Fiorentina”nın sahibi Andrea Della Valle deyib: “Mən oyundan sonra Rossi ilə danışdım. O, üzr istəməyə hazır idi. Baş məşqçini qovmaq istəmirdim, amma belə hərəkətinə heç bir əsası yox idi. Onu xeyrinə olsun, deyə tutduğu postdan kənarlaşdırdım”.

Qeyd edək ki, Delio Rossi 2011-ci ilin noyabrında Sinişa Mixayloviçin istefasından sonra “Fiorentina”ya baş məşqçi təyin olunub. İtaliya çempionatının sonuna 2 tur qalmış bu komanda 15-ci pillədə qərarlaşıb.

Xəbər: lent.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord