Nikolov yenə Ağdama getməyin əleyhinədir

ÖLKƏ FUTBOLU 22 Aprel 2009 / 17:19 2524
-  A +

“Mən də PFL-in dünən qəbul etdiyi qərar barədə eşitmişəm. Amma hələ ki, bu barədə bizə heç bir rəsmi məktub göndərilməyib”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri PFL-in “Qarabağ”ın 3 ev oyununu Quzanlı stadionunda keçirməsinə dair qəbul etdiyi qərara münasibət bildirərkən “İnter”in prezidenti Georgi Nikolov deyib. Bolqarıstanlı klub rəhbəri bildirib ki, bu haqda rəsmi məktub alacağı halda Quzanlıya yollanacaqlar. Çünki başqa çıxış yolları qalmayacaq: “Biz hələ də bilmirik ki, bu qərar şifahidir, yoxsa məcburi. Bunun üçün də gərək ilk növbədə AFFA bizə məktub göndərsin və bildirsin ki, biz mütləq Quzanlıda oynamalıyıq. Amma bu baş versə, o zaman Ağdama yollanmağa məcbur olacağıq. Çünki başqa çıxış yolumuz qalmayacaq. Əks halda texniki məğlubiyyət ala bilərik ki, bu da yolverilməzdir”.  

 

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın