“İnter” “Xəzər-Lənkəran” önünə ciddi itkilərlə çıxacaq

XƏBƏR 22 Aprel 2009 / 16:53 2251
-  A +

Həftəsonu premyer-liqanın növbəti turunda “Xəzər-Lənkəran”ı qəbul edəcək “İnter” hazırlığını gündə bir dəfə olmaqla matçın keçiriləcəyi “Şəfa” stadionunda davam etdirir. Matç öncəsi “bankirlər” ciddi itkilərlə üzləşiblər. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun Qol.Az-a verdiyi məlumata görə, komandanın aparıcı futbolçularından olan Milan Zaqoratsla, Daniel Assioli ciddi zədə səbəbindən “Xəzər- Lənkəran”la qarşılaşmanı buraxacaqlar. Onlardan başqa, son turda “Neftçi” ilə oyunda rəqibi vurduğu üçün meydandan qovulan və buna görə də AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılan Qoran Aarnaut da həftəsonu komandasına kömək edə bilməyəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın