"Bakı" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq (VİDEO)

"Bakı" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq (VİDEO)
VİDEO 29 Aprel 2012 / 02:01 2107
-  A +

Unibank Premyer Liqanın XXX turunda "Qəbələ" ilə qarşılaşacaq "Bakı" hazırlığını Qəbələ şəhər stadionunda keçirdiyi məşqlə davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətdə ciddi itkilərin olması məşqçilər korpusunun narahatlığına səbəb olub.

Daha öncə zədə səbəbindən oyunlardan kənar qalan Elvin Əliyev, Duye Bakoviç, Novruz Məmmədovun sırasına "Qarabağla kubok oyununda zədələnən Uinston Parks, Maris Verpakovskis və Junior da əlavə olunub.

Adı çəkilən futboçuıar ötən gün baş tutan məşqə qatılmayıblar və onların "Qəbələ" ilə oyunda istirak etməyəcəyi dəqiqləşib. "Bakı"nın baş məşqçisi Novruz Əzimov əvəzedici komandanın üzvü Namiq Ələsgərovu heyətə qatıb. Gənc hücumçu ilk dəfə olaraq əsas komandanın məşqində iştirak edib.

Xatırladaq ki, "Qəbələ" - "Bakı" qarşılşamasının star fiti bu gün saat 16:00-da səslənəcək.





Son xəbərlər