Əmrah Çəlikəl Zeynal Məmmədovla İqor Ponomaryova təşəkkür etdi

XƏBƏR 22 Aprel 2009 / 14:41 2145
-  A +

“Peşəkar Futbol Liqasının bu qərarı əksəriyyətin razılığına səbəb olub. Təbii ki, Azərbaycanı sevən, bu ölkəyə səmimi bağlılığı olan hər bir şəxs bu məsələyə sevinir”. Qol.Az-ın “Qarabağ”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri PFL-in Ağdam klubunun ev oyunlarını doğma Quzanlı stadionunda keçirməsinə razılıq verməsinə münasibət bildirərkən, komandanın icraçı direktoru Əmrah Çəlikəl deyib. Ə.Çəlikəl xüsusən də “Bakı”nını baş meneceri Zeynal Məmmədovla “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryova təşəkkür edib: “Xüsusilə, “Bakı” klubuna təşəkkür etmək istəyirəm. Zeynal müəllimin Ağdamda oynamaq hər birimizin borcudur açıqlamasını təqdir edirəm. Zeynal müəllim kimi təfəkkürlü insanlar futbolda qazanılan nailliyyətlərdən öncə bəşəri, milli və əxlaqi dəyərlərin daha vacib olduğunu göstərir. Ağdamda oynamaq Qarabağın var olduğunu göstərməkdir. Zeynal bəy verdiyi açıqlamarla bunu gözəl sübut etdi. Eyniylə, sabiq baş məşqçimiz İqor Ponomaryovun açıqlaması və “Qarabağ”ın bu ideyasını dəstəkləməsini alqışlayıram. Hər iki klub təmsilçisinin açıqlamasında Azərbaycan futbolunun xeyrini düşündüyünü bildirməsi futbolumuz üçün yanan ürəklərin var olduğunu göstərir. Təbii ki, ürəyində bu ölkənin mənafeyini düşünən hər bir şəxs Qarabağın Azərbaycan üçün anlamını bilir. Qarabağın bir parçası kimi Ağdamın Tovuzla eyni  olmadığı bəllidir. Ağdama gələcək hər bir rəqib komanda Qusar, İmişli, Qəbələdən fərqli olaraq Ağdamda futbol oynamağın ilk növbəti dəfə vətəndaşlıq borcu olduğunu bilir”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın