Vəli Qasımov: “İspaniyanın Bakıya gələcəyinə inanmıram”

Vəli Qasımov: “İspaniyanın Bakıya gələcəyinə inanmıram”
ÖLKƏ FUTBOLU 22 Aprel 2009 / 12:54 2654
-  A +

“Mən də eşitmişəm, mətbuatdan tanış olmuşam ki, İspaniya millisi Azərbaycana gələcək. Deyirlər, AFFA İspaniya Futbol Federasiyası ilə razılğa da gəlib. Təki elə olsun. O cür komandanın bura gəlməsi böyük hadisə olardı. Amma açığını desəm, mən İspaniyanın Bakıya gələcəyinə inanmıram”. Bu sözləri Qol.Az-a Azərbaycan millisinin sabiq hücumçusu, “Betis”in heyətində İspaniya primerosunun bürünc medallarını qazanmış Vəli Qasımov deyib. Qasımov fikirlərini belə əsaslandırıb: “İspaniya millisi hazırda dünyanın reytinq sıralamasında birinci yerdədir. Görün, Azərbaycan komandası neçənci yerdədir? Yəni ortada reytinq, səviyyə söhbəti var. Bu mənada, mən inanmıram ki, ispanlar bura gəlib özlərindən qat-qat zəif rəqiblə oynasınlar. Yenə deyirəm, təki düz çıxsın. Amma gəlsələr də, bilmək olmaz, neçənci heyəti gətirəcəklər”. “Neftçi”nin sabiq idman direktoru hələ ki, İspaniyadakı dostlarını tərəfindən də zəng edib ondan Azərbaycanla oyun haqqında soruşan olmadığını söyləyib.
V.Qasımov hazırda hələ də işsiz olduğunu söyləyib: “Hələ ki, iş təklif edən yoxdur. Gözləyirik. Onsuz da bir aydan sonra çempionat başa çatır. Sonra görək necə olacaq. Yəqin ki, özümüzə bir iş taparıq. İspaniyaya qayıtmaq haqqında isə düşünmürəm”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın