Ruslar Azərbaycan-İspaniya matçını canlı yayınlamaq istəyir

XƏBƏR 22 Aprel 2009 / 11:07 2422
-  A +

İyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-İspaniya yoldaşlıq matçına ölkımizdən kənarda da böyük maraq var. Xüsusən də dünya çempionatının seçmə mərhələsində rəqibimiz olan Rusiyada. Qol.Az-ın məlumatına görə, bu ölkənin iki idman telekanalı izpanlarla oyunumuzu canlı yayınlamaq istəyir. Söhbət “NTV+Futbol” və “RTR Sport” telekanallarından gedir. Bununla bağlı hər iki telekanalın rəsmi internet saytında da məlumata rast gəlmək olar. Adiçəkilən telekanallar məsələ ilə bağlı yaxın günlərdə AFFA-ilə danışıqlara başlamaq niyyətindədirlər. Qeyd edək ki, həm “NTV+Futbol” həm də “RTR Sport” Azərbaycan-İspaniya matçını videoyazı yox, məhz canlı yayınlamaqda maraqlıdırlar. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın