“Simurq” - “Standard” oyunu canlı yayımlana bilər

XƏBƏR 21 Aprel 2009 / 17:04 2347
-  A +

Premyer-liqanın XXIII turu çərçivəsində keçiriləcək “Simurq” - “Standard” matçı canlı yayımlana bilər. Qol.Az-ın əldə etdiyi məlumata görə, “İdman-Azərbaycan” kanalının Zaqatalada baş tutacaq oyunu canlı yayımlaması mümkündür. Bu xəbəri Qol.Az-ın müxbiriylə söhbətində Zaur Məmmədov da təsdiqlədi: “Bəli, hazırda “İdman-Azərbaycan” kanalıyla danışıqlar aparırıq. Məsələnin necə yekunlacağı barədə indi dəqiq bir söz deyə bilmərəm. Amma çox güman ki, danışıqlarımız müsbət yekunlaşacaq və oyun canlı yayımlanacaq”. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki