AFFA “Xəzər-Lənkəran”ı 4000 manat cərimələdi

XƏBƏR 21 Aprel 2009 / 14:35 2126
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, premyer-liqanın XXII turunun “Xəzər-Lənkəran” – “Bakı” matçının 88-ci dəqiqəsində meydançaya kənar əşya (plastik qab) atıldığı üçün meydan sahibi “Xəzər-Lənkəran” klubu 2000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Xəzər-Lənkəran” klubunun nümayəndəsi Səməd Mustafayev özünü aqressiv apardığına görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə daha 2000 manat cərimə olunub.
 “Qəbələ” – “Standard” matçından sonra keçirilən mətbuat konfransında “Standard” klubunun baş məşqçisi iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.
 “Qarabağ” - MOİK matçında “Qarabağ”ın, “Bakılı” – “Turan” matçında “Turan”ın, “Karvan” – “Muğan” matçında isə yevlaxlılarn 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar hərəyə 1000 manat cərimə olunublar. 
“Turan” daha 200 manat Əfran İsmayılovun hərəkətinə görə cərimələnib. Gənc futbolçu “Bakılı”yla matçın sonlarında oyunun vaxtını uzatdığına görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılmaqla yanaşı, klubunu da ziyana salıb.
Qırmızı vərəqə almış daha bir futbolçu - “İnter”də Qoran Arnautun cəzası daha ağır olub. O “Neftçi”ylə matçın 63-cü dəqiqəsində rəqibini bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə 2000 cərimə olunub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı