Universtetlərarası ölkə çempionatının püşkatma mərasimi keçirilib (FOTOLAR)

Universtetlərarası ölkə çempionatının püşkatma mərasimi keçirilib (FOTOLAR)
XƏBƏR 20 Aprel 2009 / 22:43 2652
-  A +

AFFA və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universitet tələbələri arasında II Respublika çempionatının püşkatma mərasimi bu gün AFFA-nın inzibati binasında keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, tədbirdə baş katib Elxan Məmmədov, Təhsil Nazirliyinin Tərbiyə və Məktəbdənkənar Müəssisələrlə İş şöbəsinin müdiri Ağababa İbrahimov, Azərbaycan Tələbə Futbol Federasiyasının vitse-prezidenti Vaqif Qasımov iştirak ediblər. Mərasimi açıq elan edən baş katib E.Məmmədov püşkatmanın və çempionatın keçirilmə qaydaları ilə bağlı məlumat vermək üçün sözü AFFA-nın Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Turnirlərin Keçirilməsi Departamentinin rəisi Bəhruz Əsgərova verib. B.Əsgərovun ətraflı məlumatından sonra püşkatma başlayıb. Püşkün nəticəsinə əsasən, komandaların qruplar üzrə bölgüsünü diqqətinizə çatdırırıq:
 
A qrupu

Sumqayıt Dövlət Universiteti
Azərbaycan Dövlət Dəniz Akademiyası
Azərbaycan Universiteti
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
 
B qrupu
Azərbaycan Dövlət Neft Akademiyası
Xəzər Universiteti
Azərbaycan Dillər Universiteti
Azərbaycan Turizm İnstitutu

 
C qrupu

Azərbaycan Beynəlxalq Universiteti
Bakı Slavyan Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Dövlət Tibb Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
 
D qrupu
Bakı Avrasiya Universiteti
Qafqaz Universiteti
Bakı Biznes Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
 
E qrupu

Odlar Yurdu Universiteti
Milli Aviasiya Akademiyası
Heydər Əliyev adına Ali Hərbi Məktəb
Azərbaycan İctimai-Siyasi Universiteti
Bakı Polis Akademiyası

 
F qrupu
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Təfəkkür Universiteti
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

 
H qrupu
Gəncə Dövlət Universiteti
Gəncə Texnologiya Universiteti
Mingəçevir Politexnik İnstitutu

 
Çempionatda 33 komanda iştirak edəcək. Qrupda ilk 2 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Özəl Universitetinin komandaları çempionata birbaşa 1/8 final mərhələsindən qoşulacaqlar.

 






Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı