Badri Kvaratsxeliya “Standard”dan getdi

XƏBƏR 20 Aprel 2009 / 22:08 2339
-  A +

“Standard” klubunun baş məşqçisi Badri Kvaratsxeliya istefa verib. Qol.Az-ın məlumatına görə, premyer-liqanın XXII turunda “Qəbələ”yə məlubiyyətdən sonra gürcü mütəxəssis postunu tərk etmək qərarına gəlib. Kvaratsxeliya artıq Bakını tərk edərək, vətəninə yollanıb. “Standard”ın yeni baş məşqçisinin kimliyi hələ məlum deyil. Çox güman ki, paytaxt klubunu mövsümün sonunadək Kvaratsxeliyanın köməkçisi olmuş Rafiq Mirzəyev çalışdıracaq.


Son xəbərlər