Zeynal Məmmədov: “Sanki Lənkəranda “Bakı” yox, “Bakılı” oynayırdı”

XƏBƏR 20 Aprel 2009 / 21:02 2501
-  A +

“Son turda komandamızı tanıya bilmədim. “Xəzər-Lənkəran” qarşı həqiqətən də bərbad oynadıq. Sanki Lənkəranda yerli komandaya qarşı “Bakı” yox, “Bakılı” mübarizə apardı. Biz demək olar ki, futbol oynamadıq. Hətta ilk dövrədə evdə  “Karvan” 0:3 hesabı ilə məğlub olduğumuz oyunda da bu qədər pis oynanamışdıq. Onda heç olmasa 1-2 real epizod yaratmişdıq”. Bu sözləri Qol.Az-a “Bakı”nın baş meneceri Zeynal Məmmədov deyib. Məmmədov son uğursuzluğa baxmayaraq çempionluq şanslarının itmədiyini düşünür: “Hər şey qismətdən asılıdır. Qarşıda 4  tur qalıb. Buna görə ümidi itirmək olmaz. Çünki “İnter”i “Xəzər-Lənkəran” və “Qarabağ” kimi komandalarla çətin oyunlar gözləyir”.


Son xəbərlər