Zeynal Məmmədov: “Sissokonu polisə tüpürməyə təhrik ediblər»

Zeynal Məmmədov: “Sissokonu polisə tüpürməyə təhrik ediblər»
ÖLKƏ FUTBOLU 20 Aprel 2009 / 16:15 2621
-  A +

“Sissoko qeyri-etik jest edib və mən buna haqq qazandırmıram. Etdiyi hərəkətə görə o, öz cəzasını aldı. Amma məsələnin bir tərəfi də var ki, onu buna təhrik ediblər”. Bu sözləri Qol.Az-a “Bakı”nın baş meneceri Zeynal Məmmədov komandanın qapıçısı Sissokonun Lənkəranda polisin üzünə tüpürməsinə münasibət bildərərkən deyib. Z.Məmmədov Lənkərandakı oyundan sonra baş verənlərə ətraflı aydınlıq gətirib: “Sissoko ilə məsələ ilə bağlı danışdım və and-aman elədi ki, oyundan sonra futbolçular soyunub-geyinmə otağına yollananda yerli polislərdən biri ona qeyri-etik jest göstərərək təhqir edib. Bilirsiniz, bu da futbolçudur, oyunu uduzub, psixoloji cəhətdən çox gərgindir. Bir tərəfdən də onu irqiçi sözlərlə təhqir edəndə adama çox pis təsir edir. Özü də namaz qılan insandır. Deyir ki, mən bu qədər başımı itirmişəm ki, durduğum yerdə gedim kiməsə tüpürüm? Təkrar edirəm, bütün bunlara baxmayaraq, futbolçuya haqq qazandırmıram. Hadisədən dərhal sonra onu çağırdım və tələb etdim ki, bu hərəkətə görə üzr istəsin. Həmin polisi də başa salmağa çalışdım ki, olan olub, keçən keçib». Z.Məmmədov polis əməkdaşının Sissokonu təhqir etdiyini vurğulayıb: «Dedim ki, sən də bunu təhqir etmisən, üzrxalhlığını qəbul elə, qurtarsın getsin. Sadəcə, həmin polis səsini atdı başına. Başqa biri də kənardan mənə qayıtdı ki “Elə keçən dəfə də sən belə eləmişdin”. Gördüm ki, bunlar artıq söhbəti dərinləşdirirlər və başqa tərəfə istiqamətləndirirlər, qayıtdım ki, “qardaş, daha mənim sizə sözüm yoxdur”. Çünki baş qoşsaydım, olacaqdım onların tayı. Sonradan polis rəisi də və hadisəyə müdaxilə edərək bildirdi ki, olan oldu, artıq qapıçı da 3-4 dəfə üzr istəyib, əl verin, barışın. Yalnız bundan sonra ara sakitləşdi və məsələ qapandı”.

Daha çox


Son xəbərlər