Nadir Qasımov: “Karvan”ın qapıçısı hakimi söysə də, cəzasız qalır”

XƏBƏR 20 Aprel 2009 / 15:02 2177
-  A +

Son turda səfərdə “Karvan”а 1:3 hesabı ilə məğlub olan “Muğan” görüşün baş hakimi Hacıəli Ağayevin idarəçiliyndən kəskin narazı qalıb. Komandanın baş məşqçisi Nadir Qasımov bu məsələ ilə bağlı bu gün səhər AFFA-ya baş çəkərək PFL-in prezidenti Ramin Musayevlə görüşüb. Qasımov görüşlə bağlı fikirlərini Qol.Az-a bölüşüb: “Bəli, “Karvan”la görüşdəki hakimlikdən çox narazı qalmışdıq. Burada konkret epizodlardan söhbət getmir. Qapımıza bütün qollar qaydalar çərçivəsində vurulmuşdu. Bizim narazılığımız ümumi idarəçilikdən idi. Referi 90 dəqiqə birtərəfli oyun idarə etdi. Rəqibin qapıçısı Nadir Şükürov nümayişkaranə şəkildə hakimi söyür, amma cəzasız qalır. Nəyə görə belə olmalıdır? Gəncdir, hazır deyilsə, niyə oyunlara göndərirlər? Mən bütün bu iradlarımı Ramin müəllimin diqqətinə çatdırdım və o da  hamısını cidd qəbul edərək göstəriş verdi ki, matçı kasetini onun üçün gətirsinlər. Məni də əmin etdi ki, kasetə baxılacaq və əgər hakimin səhvləri sübuta yetirilsə hakim mütləq cəzalandırılacaq”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı