Yunis Hüseynov: «Kovalyov and-aman edir ki, elə söz deməyib»

Yunis Hüseynov: «Kovalyov and-aman edir ki, elə söz deməyib»
ÖLKƏ FUTBOLU 20 Aprel 2009 / 14:21 2551
-  A +

“Karvan”ın baş məqşçisi Yunis Hüseynov Qol.Az-a növbəti müsahibəsində komandada baş verən son hadisələrə aydınlıq gətirib

- Yunis müəllim axır ki, “Karvan” qələbə qazana bildi.
- Çox yaxşı oyun oldu. Hər iki tərəf hücum futbolu oynadı. Ona görə azarkeşlər baxımlı futbolun şahidi oldular. Komandamızın kifayət qədər qol imkanları oldu. Sadəcə, bunların 3-dən istifadə etdik. Baxmayaraq ki, qollar sona yaxın vuruldu, amma hesab açılana qədər 3-4 real qol imkanımız yaranmışdı. Təkcə Vüqar Nadirov 2 real imkanı boşa verdi. Bu arada “Muğan”ın da yaxşı komanda olduğunu deməliyəm.
- “Karvan”ın artıq “qara zolaq”dan çıxdığını demək olar?
- Hər halda uzun müddətli fasilədən sonra qələbə qazana bildik. “Qara zolaq”dan çıxıb- çıxmamağımızı isə qarşıdakı oyunlar göstərəcək.
- İndi də gələk, daha üç futbolçunuzun komandadan ayrılmasına. Söhbət Kamal Quliyev, Vitali Kovalyov və Ruslan Qafitulindən gedir.
- Burada aydınlaşdırılası bir şey yoxdur. Hər üçü zəif oynadıqlarına görə komandadan kənarlaşdırıldılar.
- Deməli, Kamalın “Yunis müəllim zəng edib dedi ki, gəlməyin” ifadəsi doğrudu?
- Hə. Mən zəng edib dedim ki, “Muğan”la oyuna gəlməsinlər.
- Kovalyovla Qafitulini hələ ilk dövrədən sonra məhz zəif oynadıqları üçün komandadan kənarlaşdırmışdınız. Sonra niyə əfv etdiniz?
- Düzdür, həmin vaxt hər ikisini komandadan çıxarmışdım. Lakin sonradan düşündüm ki, bir daha şans verim, görüm, özlərini necə doğruldacaqlar. Elə oldu ki, qayıtdılar, məşq edib özlərini göstərdilər, mən də komandada saxladım. İndi isə baxdım ki, zəif oynayırlar, buna görə yenidən heyətdən kənarlaşdırdım.
- Kovalyov ölkə mətbuatına verdiyi müsahibədə deyib ki, klub onu rəsmi surətdə zəif oynadıqlarına görə komandadan künarlaşdırıldıqlarını deyir. Qeyri-rəsmi səbəblər isə başqadır. Guya Vitalinin oyun  alqı-satqısında iştirak etməsindən şübhələnmisiniz.
- Yox, bu tamamilə yalan söhbətdir. Heç kim onun oyun alqı-satqısında iştirak etdiyini deməyib və heç bundan şübhələnməyib də. Onun və digərlərinin “Karvan”dan gedişinin tək bir səbəbi var ki,  onu da dedim.
- O zaman Kovalyovun bir açıqlamasına da aydınlıq gətirməyinizi istərdik. Vitali deyir ki, əslində qışda onun kluba qayıdışı başqa cür olub. Güya siz qapıçını klubdan uzaqlaşdırmaqda səhv addım atdığınızı başa düşərək ondan üzr istəyib geri qayıtmasını xahiş etmisiniz.
- (əsəbiləşir) Tamamilə səhv söhbətdir. Tamamilə! Bu məsələnin axırına mütləq çıxacam. Vitalinin özü ilə görüşəcəm, mənə desin görüm, kim kimdən üzr istəyib.Əslində bir nəfər vasitəsi ilə Kovalyova xəbər çatdırmışam ki, bu nə məsələdir. Amma maraqlıdır ki, həmin adam vasitəsi ilə mənə xəbər göndərib, and-aman edir ki, elə söz deməyib. Hətta deyib ki, “gəlib Yunis müəllimlə görüşəcəm və onun yanında həmin jurnalistə zəng edəcəm, görüm, niyə mənim adımdan elə söz yazıb”.
- Komandanın kapitanı Kamal Quliyevin klubdan ayrılması da çoxları üçün gözlənilməz oldu. Çünki Quliyevlə münasibətiniz həmişə yaxşı olub və hətta Kamal dəfələrlə bildirib ki, “Karvan”da məhq Yunis Hüseynova görə gəlmişəm.
- Kamalla elə indi də münasibətlərimiz əladır. O, çox güclü futbolçudur. Sadəcə, indi zəif çıxış edir.
- Kamal verdiyi müsahibədə deyib ki, guya “Turan”la oyundan sonra klubun bazasını polislə mühasirəyə alıb zorla bütün futbolçulara verilən pulları geri almısınız.
- Yalan söhbətdir. Elə bir şey olmayıb.
- Sonda baş məşqçi kimi özünüzün “Karvan”da qalıb-qalmayacağınız hələ dəqiqləşməyib?
- Yox, hələ ki, bununla bağlı hansısa qərar qəbul etməmişəm. Çempionatın sonuna kimi “Karvan”ın baş məşqçisiyəm. Sonrasına baxarıq.

 

Daha çox


Son xəbərlər