Nadir Qasımov hakimlərdən narazı qaldı

XƏBƏR 19 Aprel 2009 / 18:41 2284
-  A +

“Belə hakimlik olmaz. Bugünkü oyunu idarə edən hakimlərdən çox narazı qaldım. Hakimlik Azərbaycan futbolunun ən böyük problemlərindən biridir. Başım çıxmır bu cür hakimləri bura kim və hansı məqsədlə göndərir?” Qol.Az-ın məlumatına görə, bu sözləri “Karvan”la oyunsonrası mətbuat konfransında “Muğan”ın baş məşqçisi Nadir Qasımov deyib. N.Qasımov 1:3 hesabılı məğlubiyyətə baxmayaraq, komandasının oyunundan narazı qalmadığını bildirib.


Son xəbərlər