Futbolda növbəti vəhşilik (VİDEO)

VİDEO 10 Aprel 2012 / 13:44 2703
-  A +

İngiltərənin Futbol Assosiasiyası “Mançester Siti”nin oyunçusu Mario Balotelli barəsində ağır qərar çıxarmağa hazırlaşır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, buna adı çəkilən futbolçunun rəqibin oyunçusu Aleks Sonqa qarşı çox kobud şəkildə oynamasıdır. Mətbuat Balotelliyə bu hərəkətinə görə doqquz oyunluq cəza verəcəyini yazıb.

Qeyd edək ki, “Arsenal”la oyundan (0:1)sonra “Mançester Siti”nin baş məşqçisi Roberto Mançini artıq Balotellinin onun canını boğazına yığdığını, mövsümün sonunda bu futbolçunu komandadan göndərəcəyini bildirib.




Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi