"Kocaelispor" "Dənizlispor"a məğlub oldu

"Kocaelispor" "Dənizlispor"a məğlub oldu
XƏBƏR 19 Aprel 2009 / 17:59 2549
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri Türkiyənin "Kocaelispor" klubu hazırda səfərdə "Dənizlispor"la qarşılaşır. Rəşad start heyətində meydana çıxıb. Ramal isə bu dəfə də "18-liy"ə düşə bilməyib. 
                                   ***
Oyunun 7-ci dəqiqəsi gedir. Hesab açılmayıb. 
                                   ***
Qarşılaşmanın üçdə biri geridə qalıb. Hələ ki hesab açılmayıb. 
                                   ***
Birinci hissə başa çatdı. Komabdalar fasiləyə qol vurmadan yollanırlar.  
                                   ***
İkinci hissə başladı.
                                   ***
Oyunun 61-ci dəqiqəsi gedir. Hesab 0:0-dır. Oyun çox sönük keçir.  
 
75- ci dəqiqədə Angelov meydan sahiblərinin ilk qolunu vurur - 1:0

79-cu dəqiqədə Kocaelispordan Hacıoğlu bərabərlik qolunu vurur - 1:1.

82-ci dəqiqədə meydan sahibləri daha bir qol vururlar - 2:1. Bu dəfə Vural fərqləndi.
                                ***
Oyun başa çatdı. "Kocaelispor" rəqibinə 1:2 hesabıyla uduzmaqla superliqada qalmaq şansını praktiki olaraq, itirdi


Son xəbərlər