«Simurq» - «Xəzər-Lənkəran» oyununun nəticəsi ləğv olunmayacaq

«Simurq» - «Xəzər-Lənkəran» oyununun nəticəsi ləğv olunmayacaq
ÖLKƏ FUTBOLU 30 Noyabr 2008 / 12:15 3983
-  A +

AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov «Xəzər-Lənkəran» klubunun «Simurq»la dünən keçirilən oyunun nəticəsinin ləğvi ilə bağlı tələblərinə münasibət bildirib. Qol.Az-ın əməkdaşıyla söhbətində X.Məmmədov bildirib ki, oyunun nəticəsi heç bir halda ləğv oluna bilməz. Oyunu birbaşa stadiondan izlədiyini və qərəzli hakimliyin olmadığını söyləyən X.Məmmədov referi Zöhrab Qədiyevə heç bir irad tutmadığını bildirib: «Onun çıxardığı qərarlar doğruydu və heç bir mübahisəli penalti epizodu olmayıb».

«Xəzər-Lənkəran»ın bununla bağlı AFFA-ya və Peşəkar Futbol Liqasına şikayət edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən X.Məmmədov bunun hər bir klubun hüququ olduğunu söyləyib.

Xatırladaq ki, dünəki qarşılaşmadan sonra «XL» rəhbərliyi baş hakim Zöhrab Qədiyevin oyunun nəticəsinə birbaşa təsir edən səhvlərə yol verdiyini iddia edib və matçın nəticəsinin ləğv olunmasıyla bağlı AFFA və PFL-ə müraciət ünvanlayacaqlarını bildirib. «XL» rəhbərliyi əsasən üç epizoda etiraz edir. «Qapımıza birinci qol vurulanda rəqib futbolçu David Bolkvadze əllə oynamışdı. İkinci hissədə isə Ramulo və Rahid Əmirquliyevə qarşı kobudluq edilsə də, penalti zərbəsi təyin olunmadı» - deyə «XL»in mətbuat xidmətindən bildiriblər.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord