Rəşad Sadıqovun yubiley oyunu

Rəşad Sadıqovun yubiley oyunu
XƏBƏR 19 Aprel 2009 / 11:32 2237
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri Türkiyənin “Kocaelispor” klubu bu gün Superliqanın növbəti turu çərçivəsində səfərdə “Dənizlispor”un qonağı olacaq. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rəşad Sadıqov bu matçda da start heyətində meydana çıxacaq. Bir neçə gün əvvəl avtomobil qəzasına uğramış Ramal Hüseynov isə heyətdə yer almayıb. Eyni zamanda komandanın bombardiri Taner Gülləri də bugünkü oyunda forma geyə bilməyəcək. “Dənizlispor”la matç Rəşad Sadıqov üçün kiçik yubileylə yadda qalacaq. Futbolçumuz “Kocaelispor”un heyətində 10-cu matçına çıxacaq. Qarşılaşma həmyerlilərimizin komandası üçün böyük önəm daşıyır. Superliqada yerini qorumağa çalışan “Kocaelispor” bu gün mütləq rəqibini məğlub etməlidir. Əks halda, İzmit təmsilçisi superliqadakı yerini itirə bilər. Xatırladaq ki, “Dənizlispor” - “Kocaelispor” matçı Bakı vaxtıyla 16:00-da başlayacaq. Matçın gedişi haqda saytımızda online məlumat veriləcək.       

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı