İqor Ponomaryov: “Azarkeşlərimiz bu qələbəyə layiqdirlər”

XƏBƏR 18 Aprel 2009 / 21:01 2899
-  A +

“Bu gün uşaqlar çox yaxşı oyun sərgilədilər. Çempionatın ən güclü komandalarından biri üzərində böyükhesablı qələbə qazandığımıza görə çox sevinirəm”. Qol.Az-ın məlumatına görə bu sözləri bu gün keçirilən “Bakı”yla oyunsonrası mətbuat konfransında “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib. İ.Ponomaryov bildirib ki, bu qələbəyə yetirmələrindən daha çox azarkeşlər layiqdirlər: “Futbolçularımın oyunundan tam razı qaldım. Onlar verdiyim bütün tapşırıqları yerinə yetirdilər. Onu da deyim ki, bu qələbəyə yetirmələrimdən daha çox azarkeşlər layiqdirlər. Onlar 90 dəqiqə ərzində bizə möhtəşəm dəstək verdilər. Onları sevindirə bildiyimiz üçün çox şadam”.


Son xəbərlər