Kamran Ağayev İstanbulda əməliyyat olunacaq

XƏBƏR 18 Aprel 2009 / 11:25 2223
-  A +

Aprelin 22-də Kamran Ağayev Türkiyənin İstanbul şəhərinə yollanacaq və orada əməliyat olunacaq. Qol.Az-ın “Xəzər-Lənkəran”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, klubun həkimi Boris Xetaqurov Kamranın tam sağalacağı günü proqnozlaşdırmağa tələsməməyi və əməliyyatı gözləməyi məsləhət bilib. Yalnız bundan sonra qolkiperin yenidən yaşıl meydanlara dönəcəyi vaxtdan danışmaq olacaq.
Xatırladaq ki, qolkiper təxminən üç aydır ki, onurğa sütunundakı ağrılardan əziyyət çəkir. Futbolçu ölkə daxilində iki dəfə müalicə kursu alsa da, həkimlər uğurlu nəticə ala bilməmişdir və cərrah müdaxiləsi qaçılmaz olmuşdur.
 

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın