Şahin Diniyev “Spartak”la bacarmadı

XƏBƏR 17 Aprel 2009 / 19:01 2060
-  A +

Bu gün Rusiya çempionatında iştirak edən komandaların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında beşinci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyevin çalışdırdığı “Terek”in əvəzedicilərdən ibarət komandası səfərdə “Spartak”la qarşılaşıb. Oyuna fəal başlayan moskvalılar artıq 28-ci dəqiqədə hesabı açıblar. İkinci hissədə Şahin Diniyevin yetirmələri hesabı bərabərləşdiriblər. Buna baxmayaraq, “Spartak” qələbə qazana bilib. 70-ci dəqiqədə vurulan qol həlledici olub və bununla da Şahin Diniyevin çalışdırdığı “Terek” səfərdə “Spartak”a 1:2 hesabıyla uduzub. Hazırda Diniyevin komandasının hesabında 7 xal var. Xatırladaq ki, bundan əvvəlki 4 qarşılaşmada Diniyevin komandası 2 qələbə qazanıb, 1 dəfə heç-heçə edib və 1 dəfə də uduzmuşdu. “Spartak”a məğlubiyyət Diniyevin “Terek”in baş məşqçisi postunda ikinci məlubiyyəti oldu.     


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"