“Xəzər-Lənkəran” Ponomaryovu istefaya səsləyənlərə cavab verdi: «Bizə qarşı çirkin yollardan istifadə edirlər”

“Xəzər-Lənkəran” Ponomaryovu istefaya səsləyənlərə cavab verdi: «Bizə qarşı çirkin yollardan istifadə edirlər”
XƏBƏR 17 Aprel 2009 / 15:03 2407
-  A +

“Biz heç vaxt “Xəzər-Lənkəran” azarkeşləri arasında fərq qoymamışız ki, kim əsl, kim qeyri-əsl azarkeşdir. Bir qrup azarkeşin “Bakı” ilə oyunda Ponomaryovu istefaya səsləyəcəklərinə dair fikirlərlə tanışıq. Fan-klub müstəqil qurumdur və oradakı hər kəsin öz şəxsi fikri ola bilər. Lakin mən inanmıram ki, sabahkı oyunda “Xəzər Lənkəran” azarkeşləri Ponomaryovu istefaya çağırsınlar”. Bu sözləri Qol.Az-a “Xəzər-Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Tural Əsgərov “Bakı” ilə sabahkı matçda bir qrup azarkeşin İqor Ponomaryovu istefaya səsləyəcəyinə dair səsləndirdikləri fikirlərə cavab olaraq deyib. Klub rəsmisi burada kənar qüvvələrin əli olduğunu da istisna etmir: “Bilirsiniz, bu, həm də informasiya müharibəsidir. İstisna olunmur ki, burada kənar qüvvələrin də əli var. Yəni, həmin qüvvələr “Xəzər Lənkəran”a qarşı mübarizədə çirkin yollardan istifadə edirlər. Özünüz də diqqət yetirsinizsə, həmin şəxslər “Bakı” ilə oyunda istənilən nəticədən asılı olmayaraq” ifadəsini səsələndiriblər. İnanmıram ki, “Xəzər Lənkəran” azarkeşi vacib oyun öncəsi belə söz deyə”.    

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı