Qurban Qurbanov: “Boş yerə xal itirmək istəmirik”

XƏBƏR 17 Aprel 2009 / 14:23 2413
-  A +

Premyer-liqanın XXII turu çərçivəsində MOİK-lə qarşılaşacaq “Qarabağ” qarşıdakı matçın hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun rəsmi intenet saytına istinadən verdiyi məlumata görə, qarşıdakı oyunda komanda qələbə arzusundadır. Ölkə kubokunun yarımfinal mərhələsində "Bakı"yla iki vacib oyunu olan komandanı, Premyer Liqada "Neftçi", "İnter", "Xəzər-Lənkəran" və "Karvan"la bir-birindən çətin oyunlar gözləyir. Bu baxımdan baş məşqçi Qurban Qurbanov MOİK-lə oyunu mühüm sayır: "Rəqibimiz autsayder olsa da, sona qədər vuraşacaq. Təbii ki, boş yerə xal itirmək istəmirik. İndi daha çox konsentrasiyaya ehtiyacımız var. Artıq itirilən xalları geri qaytarmaq mümkün olmayacaq. Ona görə də lazımi qələbəni əldə etməyə çalışacağıq".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı