Mazyarla Çertoqanovun “Olimpik”ə qarşı oynamayacağı dəqiqləşdi

XƏBƏR 17 Aprel 2009 / 14:14 2225
-  A +

Sabah "Olimpik"lə qarşılaşacaq "Simurq" artıq bu gün paytaxtda olacaq. Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisi səhər saatlarında doğma rayonda son məşqini keçdikdən sonra Bakıya yola düşüb. Zədə üzündən Ramin Nəsibov, Qriqol Dolidze və Elşən Məmmədovun oyunu buraxacağı dəqiq olsa da, həkimlər Aleksandr Çertoqanovla Vladimir Mazyarı oyuna yetişdirməyə çalışırdılar. Lakin onların səyi bir nəticə verməyib. Hər iki futbolçu “Olimpik”lə matçı buraxacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın