Rail Məlikov: “İnter”in zəif tərəfi yoxdur”

XƏBƏR 17 Aprel 2009 / 13:58 2180
-  A +

“Xəzər-Lənkəran”a qarşı necə oynadıqса, “İnter”ə qarşı da o cür mübarizə aparacağıq. Biz ümumiyyətlə bütün rəqiblərimizlə oyuna eyni məsuliyyətlə yanaşırıq. “İnter”ə qarşı elə oynayacağıq ki, sanki “Neftçi” çempionatda iddiasını itirməyib əksinə, şempionluq uğurunda mübarizə aparır”. Bu sözləri Qol.Az-a “Neftçi”nin və Azərbaycan milli komandasının müdafiəçisin Rail Məlikov deyib. Məlikov rəqiblərinin gücünü də dəyərləndirib: “İnter” çox güclü komandadır. Hətta mən deyərdim zəif tərəfləri yoxdur. Orta xəttləri güclüdür. Hücum xətti də həmçinin təhlükəli futbolçulardan təşkil olunub. Müdafiədə isə Samir Abbasov kimi futbolçuları var. Bir sözlə, onlara qarşı olduqca diqqətli oynamağımız lazımdır”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı