Rail Məlikov: “İstəyirəm ki, “Bakı” çempion olsun”

Rail Məlikov: “İstəyirəm ki, “Bakı” çempion olsun”
XƏBƏR 17 Aprel 2009 / 13:42 2278
-  A +

“Neftçi”nin və Azərbaycan milli komandasının müdafiəçisi Rail Məlikov çempionluq üğurunda mübarizədən sabiq klubu “Bakı”nın qalib çıxmasını arzulayır. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində məlumat verən futbolçu, bunun səbəbini belə açıqlayıb: “Təbii ki, ilk növbədə mən “Neftçi”nin çempion olmasını arzulayıram. Amma hazırkı vəziyyətdə reallığı nəzərə almaq lazımdır. Biz şansımızı çoxdan itirmişik. Qızıl medallara iddialı iki klub qalıb: “İnter” və “Bakı”. Səmimi desəm, mən “Bakı”nın çempion olmasını istəyirəm. Çünki, bu, mənim həm sabiq, həm də doğma klubumdur”.

 


Son xəbərlər