Azərbaycan hakimliyində «fövqəladə vəziyyət»

ÖLKƏ FUTBOLU 17 Aprel 2009 / 12:31 2838
-  A +

“Bu turdan etibarən oyunları idarə edəcək hakimlərin adlarının gizli saxlanılması haqda mən qərar qəbul etmişəm. Amma bu gün artıq XXII turun oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayacağıq”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib. R.Musayev bunun səbəbini belə izah edib: “İstəyirik ki, təmiz oyun olsun. Hakimləri narahat edən olmasın. Klublar da əmin olsunlar ki, onların oyunları zamanı hakimliklə bağlı hər hansı problem yaranmayacaq. Amma artıq bu gün XXII turun təyinatlarını açıqlayacağıq”.
PFL-in prezidenti gələn həftədən etibarən daha ciddi addım atacaqlarını söyləyib: “XXIII turdan etibarən təyinatlar oyunlara 2 gün qalmış açıqlanacaq. Lakin konkret olaraq, hakimlərin adları açıqlanacaq, kimin hansı oyunu idarə edəcəyi yox. Təyinatlar açıqlanandan dərhal sonra həmin hakimlər hamısı biryerdə oteldə məskunlaşacaqlar. 2 gün ərzində onlar ciddi nəzarət altında olacaqlar. Yalnız oyunun başlanmasına bir neçə saat qalmış onlar oteli tərk edərək, PFL tərəfindən ayrılmış xüsusi maşınlarla oyunlara yollanacaqlar. Hətta hakimlər hansı oyuna getdiklərini də bilməyəcəklər.Yalnız stadiona çatdıqları zaman məlum olacaq ki, kim hansı oyunu idarə edir”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord