«Turan»ın futbolçuları niyə dava salıb?

«Turan»ın futbolçuları niyə dava salıb?
XƏBƏR 17 Aprel 2009 / 12:13 2704
-  A +

Son turda «Karvan» üzərində qələbə qazanan «Turan»ın futbolçuları oyundan sonra dava salıblar. Komandanın iki futbolçusu Vüsal Qarayevlə Bayram Kərimov əlbəyaxa olublar. «Turan»ın futbolçusu Ruslan Abbasov Qol.Az-ın müxbiriylə söhbətində oyunun gedişində Bayram Kərimovun Vüsal Qarayevə ötürmə vermədiyini, buna görə də oyundan sonra onların mübahisələrinin düşdüyünü deyib: «Nadir Nəbiyevlə mən dərhal müdaxilə edib aranı sakitləşdirdik. Bilirsiniz, hər ikisi cavan futbolçudur, əsəblərini cilovlaya bilməyiblər. Bir sözlə Vüsalla Bayram uşaq söhbəti ediblər”. R.Abbasov baş verənlərin klubdaxili mühitə heç bir təsir etmədiyini söyləyib: “Artıq hər şey geridə qaldı və bu məsələni şişirtməyə ehtiyac yoxdur. Həm Vüsal, həm də Bayram səhvlərini başa düşərək bütün komandadan üzr istədilər. Hazırda klubda mühit əladır və hamı “Bakılı” ilə oyunu düşünür”. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord