UEFA kubokunda Ukrayna - Almaniya finalı olacaq

UEFA kubokunda Ukrayna - Almaniya finalı olacaq
DÜNYA FUTBOLU 17 Aprel 2009 / 10:16 2834
-  A +

Dünən keçirilən oyunlarla UEFA kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, Kiyev “Dinamo”su öz meydanında “PSJ”ni böyükhesabla məğlub edərək, ən güclü 4 komanda sırasına yüksəlib. Eyni uğura digər Ukrayna təmsilçisi - “Şaxtyor” da imza atıb. Maraqlıdır ki, “Dinamo” kimi “Şaxtyor” da Fransa təmsilçisini mübarizədən kənarlaşdırıb.
“Mançester Siti” “Hamburq”u məğlub etsə də, iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb. Digər yarımfinalçı da Almaniya təmsilçisidir. İtaliyanın “Udineze” klubu “Verder”ə güclü müqavimət göstərsə də, istəyinə çata bilməyib.
Yarımfinalda “Şaxtyor” “Dinamo”yla, “Hamburq”sa “Verder”lə qarşılaşacaq. Bu isə o deməkdir ki, İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçiriləcək final qarşılaşmasında Ukrayna və Almaniya klublarının görüşəcəyi artıq dəqiqdir. 

“Dinamo” (Ukrayna) - PSJ (Fransa) - 3:0 (İlk oyun - 0:0)
Qollar: Banqura 4, Landreau 15 (avtoqol), Vukojeviç 61

“Marsel” (Fransa) - “Şaxtyor” (Ukrayna) 1:2 (İlk oyun 0:2)
Qollar:
Ben Arfa 43 - Fernandinyo 30, Adriano 90

“Mançester Siti” (İngiltərə) – “Hamburq” (Almaniya) - 2:1 (İlk oyun 1:3)
Qollar:
Elano 16, Felipe 49 - Gerrero 12

“Udineze” (İtaliya) - “Verder” (Almaniya) - 3:3 (İlk oyun 1:3)
Qollar: İnler 16, Quaqliaryella 30, 38 - Dieqo 28, 60, Pizarro 73

 

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı