“Neftçi” və “Qəbələ”nin futbolçuları Türkmənistan millisinə qələbə qazandırdılar

XƏBƏR 16 Aprel 2009 / 21:31 2169
-  A +

Türkmənistan milli komandası Asiya qitəsi üzrə keçirilən “Çelenc” kubkounda qüvvəsini sınayır. Qol.Az-ın məlumatına görə, bu yarışda Türkmənistan millisinin heyətində Azərbaycan premyer-liqasında çıxış edən 2 futbolçu - “Neftçi”dən Nazar Bayramov və “Qəbələ”nin üzvü Məkan Nəsirov da çıxış edir. Onların şərəfini qoruduqları Türkmənistan millisi artıq yarışda ilk oyununu keçirib. Maldiv Adalarıyla qarşılaşan orta asiyalılar rəqibini 3:1 hesabıyla məğlub edib. Bu matçda həm Nəsirov, həm də Bayramov iştirak edib. Üstəlik “Qəbələ”nin futbolçusu komandasının ilk qoluna da imza atıb.     


Son xəbərlər