“Qəbələ” “Standard” önünə ciddi itkilərlə çıxacaq

XƏBƏR 16 Aprel 2009 / 20:52 2048
-  A +

Premyer-liqanın XXII turu çərçivəsində səfərdə “Standard”ın qaonağı olacaq “Qəbələ” qarşıdakı matçın hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, əyalət təmsilçisi “Standard”la matça ciddi itkilərlə çıxacaq. Məkan Nəsirov hazırda Türkmənistan milli komandasının düşərgəsində olduğundan ötən tur olduğu kimi, bu dəfə də klubuna kömək edə bilməyəcək. Daha 3 futbolçu isə son oyunda aldıqları vərəqələrə görə cəzalı duruma düşüblər. “Olimpik”lə matçda “qırmızı vərəqə” alan Kamara AFFA İntizam Komitəsi tərəfindən iki oyunluq cəzalandırılıb. Anatoli Ostapla Fərzad Hatəmi isə mövsümdə dördüncü “sarı vərəqələ”rini aldıqlarından “Standard”la matçı kənardan izləmək məcburiyyətindədirlər. 


Son xəbərlər