Adil Nadirov: “İnter” “Qarabağ”ın azarkeşlərini təhqir edir”

Adil Nadirov: “İnter” “Qarabağ”ın azarkeşlərini təhqir edir”
XƏBƏR 16 Aprel 2009 / 17:01 2458
-  A +

“Mən “İnter”in bu hərəkətini başa düşə bilmirəm. Axı onlar kimdirlər ki, Ağdamda oynamaqdan imtina etsinlər? Əgər AFFA deyirsə, Quzanlıda oynamaq olar, deməli oyunlar da elə orada keçirilməlidir”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “İnter”in prezidenti Georgi Nikolovun “Qarabağ”ın ev oyunlarını Ağdamın Quzanlı kəndində keçirmək istəyinə qarşı çıxmasına münasibət bildirərkən “Qarabağ”ın təsisçilərindən olan Adil Nadirov deyib. A.Nadirov hesab edir ki, “İnter” bu addımıyla “Qarabağ”ın azarkeşlərini təhqir edir: “Mən başa düşmürəm ki, onlar nədən qorxurlar. Axı Quzanlı ermənilərlə sərhəddən, cəbhə bölgəsindən bir qədər aralıdır. Buna görə də deyə bilərəm ki, onları Quzanlıda hansısa təhlükə gözləmir. “İnter” başa düşməlidir ki, Quzanlıda 100 minə yaxın qaçqın yaşayır. Onların haqları yoxdur ki, qaçqınların sevinclərini əllərindən alsınlar. “Qarabağ”ın rəqiblərini Quzanlıda qəbul etməsi orada yaşayan insanlara böyük mənəvi dəstək olacaq, onlara hədsiz sevinc bəxş edəcək. “İnter” bu hərəkətiylə yüzminlərlə “Qarabağ” azarkeşini, eləcə də qaçqını təhqir edir”.


Son xəbərlər