«Xəzər Lənkəran» da Ağdama getməkdən imtina edir?

«Xəzər Lənkəran» da Ağdama getməkdən imtina edir?
PREMYER LİQA 16 Aprel 2009 / 16:05 4037
-  A +

“Bizə bu haqda rəsmi müraciət gəlib. Amma hələ həmin müraciəti cavablandırmamışıq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Qarabağ”la səfər oyununun Ağdamda keçirilməsinə münaibət bildirərkən “Xəzər-Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Tural Əsgərov deyib. Klub rəsmisinin sözlərinə görə, bu məsələdə “Xəzər Lənkəran” çox güman ki, digər klubların yoluyla gedəcək: “Bakı”yla oyundan sonra klub rəhbərliyi, baş məşqçi bu məsələylə bağlı fikir mübadiləsi aparacaqlar və “Xəzər Lənkəran”ın Ağdama gedib-getməməsi məhz o zaman bilinəcək. Gələn həftə müraciətə cavab verəcəyik. Amma çox güman ki, biz bu məsələdə digər klubların da hansı addım atacağını nəzərə alacağıq. Çünki “Qarabağ”ın bizdən qabaq MOİK, “Bakı”, “İnter”lə də ev oyunları var. Əgər həmin komandalar Ağdama getsələr, biz də ora yollanacağıq. Getməsələr, biz də bu addımı atacağıq. Onu da deyim ki, qəbul ediləcək qərarla bağlı heç kim bizi haqsız adlandıra bilməz”.
“Xəzər Lənkəran” rəsmisi “İnter”in prezidenti Georgi Nikolovun “Mən mərcləşə bilərəm ki, “Xəzər-Lənkəran” da Ağdama getməyəcək” sözlərinə münasibət bildirib: “Təsəvvür edin, siz məndən soruşursunuz ki, “İnter”lə “Neftçi” oynayır və səncə bu oyunda kim qalib gələcək. Mən də deyirəm, “Neftçi”. “Neftçi” də qalib gəlir. Bu o demək deyil ki, mən baxıcıyam, 100 fazi hər şeyi dəqiq bilirəm. Sadəcə olaraq, bir ehtimal irəli sürürəm ki, bu ola da bilər, olmaya da. Yəni Nikolov iki variantdan birini seçib, o düz də deyə, səhvə də yol verə bilər. Yenə də deyirəm, bu Nikolovun öz şəxsi fikridir”.       
   

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı