Mirça Luçesku: “Ronaldonu pivə və diskoteka məhv etdi”

Mirça Luçesku: “Ronaldonu pivə və diskoteka məhv etdi”
GÜNDƏM 16 Mart 2012 / 13:55 3669
-  A +

Rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku braziliyalı futbolçu Ronaldoyla bağlı maraqlı açıqlamalar verib.

Qeyd edək ki, Luçesku 1998-1999-cu il mövsümündə İtaliya “İnter”ini çalışdırarkən Ronaldo bu komandada oynayıb.

Ruminiyalı məşqçi “Sport-ekspress” qəzetinə müsahibəsində bildirib ki, Ronaldonun karyerasının uğursuzluqla nəticələnməsində onun spirtli içki və gecə həyatına aludə olması yetərincə rol oynayıb.

“Ronaldo pivəni çox sevirdi. Bundan başqa, çox vaxt gecə saat 4-ə qədər diskotekada olur, orada məclislər təşkil edirdi. Mən bununla bağlı onunla tez-tez söhbət edirdim. Ronaldo isə cavabında deyirdi: “Mister, mənim cəmi 23 yaşım var, həyatımı rəngarəng keçirmək istəyirəm”. Bu amillər onun futbolçu karyerasını məhv etdi”.

Luçesku Ronaldoya görə “İnter”dən ayrıldığını deyib: “Bəli, mənim bu komandadan getməyimin səbəbkarlarından biri Ronaldoydu. Hərçənd, onunla normal münasibətlərim vardı. Sonra biz Çempionlar Liqasında “Mançester Yunayted”ə səfərdə 0:2 hesabıyla uduzduq.  Cavab matçının 60-cı dəqiqəsində, hesab 0:0 olarkən Ronaldonun yerinə meydana Bentolu buraxdım. O, oyuna girən kimi qol vurdu. Amma nəticədə “Mançester”lə 1:1 hesabıyla heç-heçə etdik. Bir gün sonra məşqə gələndə gördüm ki, Ronaldo yoxdur. Dedilər ki, o, Braziliyaya gedib. Soruşdum ki, kimim icazəsiyzlə. Dedilər ki, Morattinin (“İnter”in prezidenti Mossimi Moratti nəzərdə tutulur – red.)”.

Luçesku məhz bu hadisədən sonra “İnter”dən ayrıldığını bildirib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı