Rikardo Quarejma üzr istədi və bağışlandı

Rikardo Quarejma üzr istədi və bağışlandı
XƏBƏR 16 Mart 2012 / 13:45 2126
-  A +

"Beşiktaş" klubunun portuqaliyalı futbolçusu Rikardo Quarejma baş məşqçi Rikardo Karvalhaldan üzr istəyib.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Avroliqanın 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində "Atletiko" ilə Madriddə keçirilən görüşün (1:3) fasiləsində baş məşqçi Karvalhalla mübahisə edən Quarejma komandanın heyətindən kənarlaşdırılmışdı.

"Atletiko" ilə dünən keçirilən cavab qarşılaşmasında (0:3) da forma geyinməyən portuqaliyalı futbolçu çıxış yolunu baş məşqçidən üzr istəməkdə görüb. "Atletiko" ilə oyundan sonra Karvalhalın yanına gedən Quarejma etdiyi hərəkətdən peşman olduğunu bildirərək baş məşqçisindən üzr istəyib. Karvalhal da öz növbəsində futbolçunu bağışlayıb.

Qeyd edək ki, Quarejmanın Superliqanın növbəti turu çərçivəsində "Manisapsor"la görüşdə meydana çıxacağı gözlənilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı