Enyo Krastovçev: "Bu barədə danışmaq hələ tezdir"

Enyo Krastovçev: "Bu barədə danışmaq hələ tezdir"
XƏBƏR 16 Mart 2012 / 12:53 1691
-  A +

“İnter”in hücumçusu Enyo Krastovçev “Xəzər Lənkəran” matçı barədə təəssüratlarını bölüşüb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən bolqarıstanlı futbolçu “İnter”in ölkə kubokunda qələbə qazanmaq şansından və Unibank Premyer Liqasının növbəti turunda “Neftçi” ilə keçiriləcək oyun barədə danışıb.
 

- "Xəzər-Lənkəran"la keçirilən kubok oyunu barədə nə deyə bilərsən?
 
- Oyun çox çətin alındı, əminəm ki, bu qarşılaşma heç kimi biganə qoymadı. Belə oyunlar az olur və həmişə mövsümün bəzəyinə çevrilir. Çox xoşdur ki, bizə qalib gəlmək müyəssər oldu. Lakin cütün taleyi cavab matçında həll olunacaq.
 
- Zədə üzündən uzun müddət meydandan kənar qalmışdın və yəqin meydana qayıdışını qolla qeyd etmək sənə xoş oldu?
 
- Bəli, zədə müəyyən müddət meydana çıxmağa imkan vermədi. Ancaq indi hər şey qaydasındadır. Xoşdur ki, komanda belə vacib qələbə qazandı və xüsusilə, komandanın uğurunda mənim də töhvəm oldu.
 
- “İnter”in kubok turnirində uğur qazanmaq şansını necə qiymətləndirirsən?
 
- Bilirsiniz, bu barədə danışmaq hələlik tezdir. Bizə növbəti mərhələyə keçmək lazımdır, bundan sonra final və turnirdə qələbə haqqında düşünmək olar. Deyim ki, turnirin bütün komandaları yalnız qələbəyə kökləniblər, hamı özünü göstərmək istəyir.
 
- Bu bazar günü komandanı “Neftçi” ilə qarşılaşma gözləyir. Qarşıdakı oyun barədə nə düşünürsən?
 
- Bizi çox çətin oyun gözləyir. İnşallah, qələbə qazanarıq və turnir cədvəlində birinci yerə yüksələrik.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord