Azərbaycan millisinin oyunlarını idarə edəcək UEFA nümayəndəsi və hakim-inspektor müəyyənləşib

XƏBƏR 16 Aprel 2009 / 13:50 2136
-  A +

Aprelin 23-dən 28-dək Portuqaliyada Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edəcək 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının oyunlarına təyinat almış hakim-inspektor və UEFA nümayəndəsi müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Azərbaycan - Portuqaliya və Azərbaycan - Fransa oyunlarının hakim-inspektoru, eyni zamanda UEFA nümayəndəsi hollandiyalı Anya van Qinhoven olacaq. Uels - Azərbaycan qarşılaşmasında hakimlərin idarəçiliyini isveçli İnqrid Yunsson qiymətləndirəcək. O, oyunun həm də UEFA nümayəndəsi olacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord