Ramin Musayev: «Karvan» qalib gəlsəydi, Yunis Hüseynov hakimdən narazılıq etməyəcəkdi»

PREMYER LİQA 29 Noyabr 2008 / 17:05 5238
-  A +

«Hakimi biz yox, AFFA-nın Hakimlər Komitəsi təyin edir, mən sadəcə öz rəyimi bildirirəm». Bu sözləri Qol.Az-a verdiyi açıqlamada Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev «Karvan»ın baş məşqçisi Yunis Hüseynovun bügünkü mətbuat konfransından sonrakı açıqlamasına münasibət bildirərkən söyləyib. Xatırladaq ki, Y.Hüseynov Anar Niyazovun bu oyuna təyinat almaması üçün Ramin Musayevə zəng etdiyini söyləyib. Oyunda heç bir qərəzli hakimliyi görmədiyini söyləyən R.Musayev deyib: «Hələ ötən mövsüm «Neftçi»də işləyərkən İmanxan Sultaninin bizim oyuna təyinat almaması üçün əlimdəki tutarlı faktlarla AFFA-nın Hakimlər Komitəsinə müraciət etmişdim. Yunis Hüseynovun isə Anar Niyazovun onların oyununu qərəzli idarə etməsiylə bağlı heç bir fakt yoxdur. Mən 100 faiz bilirəm ki, «Karvan» qalib gəlsəydi, Yunis Hüseynov hakimdən narazılıq etməyəcəkdi».
Anar Niyazovu gənc və istedadlı hakim adlandıran R.Musayev Yunis Hüseynova məsləhət görüb ki, bu hakimlə münasibətini korlamasın: «Uduzanda məğlubiyyəti həzm etmək lazımdır».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı