Kliçkoya tüpürən boksçunun lisenziyasını aldılar

Kliçkoya tüpürən boksçunun lisenziyasını aldılar
XƏBƏR 16 Mart 2012 / 01:09 1615
-  A +

Böyük Britaniyanın Boksa Nəzarət Şurası Derek Çisoranın lisenziyasını qeyri-müəyyən müddətə əlindən alıb.

Qol.Az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu qərar 29 yaşlı boksçunun ukraynalı Vitali Kliçko ilə döyüşündən əvvəl və sonra qalmaqallı davranışı ilə əlaqədar verilib.

Daha öncə Çisoranı Ümumdünya Boks Şurası (WBC) və Ümumdünya Boks Təşkilatı (WBO) diskvalifikasiya edib. İlk insident fevralın 18-də Almaniyanın Münhen şəhərindəki “Olimpiahalle” arenasında iki boksçu arasında WBC versiyası üzrə dünya çempionluğu uğrunda superağır çəkidəki döyüş öncəsi çəkiölçmə mərasimində baş verib. Britaniyalı gözlənilmədən rəqibinə şillə vurub. Təxribata uymayan 40 yaşlı Kliçko Çisoranın cavabını rinqdə verib. Qalmaqallı boksçu döyüş öncəsi əlcəkseçmə mərasiminə qatılmayıb və Vitali Kliçkonun qardaşı Vladimirin sifətinə tüpürüb.

Döyüş sonrası mətbuat konfransında isə o, boksçu həmyerlisi və keçmiş dünya çempionu Devid Heylə dalaşıb. Nəticədə Heyin məşqçisi başından zədə alıb. Davadan sonra Hey Çisoranın psixi problemlərinin olduğuna əminlik ifadə edib.

Qeyd edək ki, Vitali Kliçko Derek Çisoraya xal hesabı ilə qalib gəlib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi