AFFA hakimlərin satın alınmasına qarşı qərar verdi

AFFA hakimlərin satın alınmasına qarşı qərar verdi
ÖLKƏ FUTBOLU 16 Aprel 2009 / 13:45 2575
-  A +

Dünən premyer-liqa klublarının əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında, eləcə də birinci divizionda növbəti turun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Hər zaman əvəzedici heyətlərlə, birinci divizion oyunlarına təyinatlar bilinərkən, premyer-liqanın əsas komandaları arasında keçirilən oyunları da idarə edəcək hakimlərin də adları açıqlanırdı. Lakin maraqlıdır ki, bu dəfə eyni hal təkrarlanmayıb. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Qol.Az-ın müxbiriylə söhbətində bildirib ki, bu, səbəbsiz deyil: “Biz özümüz qəsdən premyer-liqanın XXII turunun oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlamamışıq. Çünki hakimlərin adlarını oyunlara bir neçə gün qalmış açıqlayarkən, bu zaman hakimlərə çoxlu zənglər gəlir. Onları narahat edirlər. Zənglər gizli nömrələrdən gəldiyindən həmin adamların kimliklərini dəqiq deyə bilmərəm. Bəlkə də həmin insanlar klubların ətrafında olan adamlardır. Çempionatın sonu yaxınlaşdığından, qarşıda bizi gərgin oyunlar gözləyir. Bunu nəzərə alaraq, belə addım atmışıq. İstəmirik ki, hakimləri narahat etsinlər. Heç hakimlər özləri də bilmirlər ki, kim hansı oyunu idarə edəcək. Ola bilər ki, təyinatları oyunlara 1 gün qalmış və ya elə oyun günləri açıqlayaq. Bu da daha çox oyunun keçiriləcəyi məkandan asılıdır. Bölgələrdə keçiriləcək oyunları idarə edəcək hakimlər qarşılaşmadan 1 gün əvvəl təyinatlarını alacaqlar. Bakıda keçiriləcək oyunları idarə edəcək referilərin adlarını isə yəqin ki, elə oyun günü, qarşılaşmanın başlanmasına 1 neçə saat qalmış açıqlayacağıq”.

Daha çox


Son xəbərlər