"Türkiyəli azarkeşlərin çılğınlığı məni heyran edir"

"Türkiyəli azarkeşlərin çılğınlığı məni heyran edir"
XƏBƏR 16 Mart 2012 / 00:46 2165
-  A +

Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç Avro-2012-dən sonra komandadan ayrılacağını açıqlayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis Türkiyədə işləmək istədiyini bildirib:

"Avro-2012-dən sonra Xorvatiya yığmasından gedəcəyəm. Türkiyədə çalışa bilərəm. Ancaq Almaniya və İtaliyadan da təkliflər almışam. Türkiyəli azarkeşlərin çılğınlığı məni heyran edir. Çempionluğa oynayan bir komandanı çalışdırmaqla uğur qazanacağıma inanıram".
  
Qeyd edək ki, Slaven Biliçin rəhbərlik etdiyi Xorvatiya millisi Avro-2012-nin "play-off" mərhələsində məhz Türkiyə yığmasını mübarizədən kənarlaşdırmışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın