“Mən demirəm ki, onlar çox zəifdir”

“Mən demirəm ki, onlar çox zəifdir”
MÜSAHİBƏ 15 Mart 2012 / 21:31 3272
-  A +

“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi

- Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Kəpəz”ə 2:1 hesabıyla qalib gəldiniz. Düşünmürsən ki, “Neftçi” çətinliklə qələbə qazandı?

- Çempionatın 23-cü turunda “Qəbələ”yə məğlub olduqdan sonra komandada vəziyyət yaxşı deyildi. Çünki heyətimizdə kifayət qədər zədəli futbolçu vardı. Rəqibimizin evdə yaxşı oynadığını da bilirdik. “Kəpəz”in qapısına iki top vurduqdan sonra komanda bir qədər arxayınlaşdı. Bunun müqabilində qapımızda qol gördük.  Düzdü, bundan sonra hesabı artırmaq üçün xeyli imkanımız oldu. Ancaq deyim ki, “Kəpəz”ə qalib gəlmək o qədər də çətin olmadı. Çalışırdıq ki, məğlub olmayaq.

- Təkrar görüş haqda nə deyə bilərsən?

- Mən demirəm ki, “Kəpəz” komandası çox zəifdir. Özünə görə yaxşı heyəti, yerli futbolçularla bərabər, yaxşı legionerləri də var. Lakin səfərdə iki top vurmağımız bizə əlavə üstünlük verir. Buna baxmayaraq, yenə də arxayınlaşmaq olmaz. İnanıram ki, yaxşı nəticə qazanaraq növbəti mərhələyə adlayacağıq.

- Bazar günü Unibank Premyer Liqasının 24-cü turunda sizi “İnter”lə çətin qarşılaşma gözləyir...

- Həmin oyunda nə olursa-olsun qalib gəlməliyik.. Yaxşı oyun nümayiş etdirməsək də qələbə qazanmaq vacibdir. Ən əsas nəticə qazanaraq 3 xal götürməkdir.

- Amma bu mövsüm “İnter”lə hər iki oyunda uduzmusunuz.

- Bəli. İndi həm də turnir cədvəlində vəziyyət çox gərgindir. Əgər “İnter” qalib gəlsə, liderliyi ələ alacaq. Bir sözlə, uduzmaq haqda heç düşünmürük də. Bütün heyətlə birgə “İnter”lə oyuna köklənmişik. Futbolçularımız yalnız qələbə qazanmağı düşünürlər. Mənim fikirimcə, “İnter”lə oyun “Qəbələ” ilə görüş kimi olmayacaq.

- Necə düşünürsən,“İnter”lə heç-heçə “Neftçi” ni qane edəcək?

- Biz, axı, təkcə “İnter”i fikirləşmirik. Digər komandalarda yavaş-yavaş bizə yaxınlaşır.  Ona görə də, bizi yalnız üç xal qane edəcək. Çünki üç xal bizim üçün qızıla bərabər olacaq.

- Ən yaxın izləyiciniz “İnter”lə xal fərqinizin birə bərabər olması sizi qorxutmur ki?

- Düzdü, “Qəbələ” və “Bakı”nı da siyahidan silmək olmaz. Onlar da istənilən komandaları büdrədə bilərlər. Lakin “İnter” çətin rəqiblərdən hesab olunur. Ancaq biz heç bir rəqibimizdən çəkinmirik. Sadəcə olaraq, hər birinə hörmətlə yanaşırıq. Əgər çempion olmaq istəyiriksə, öz qarşılaşmalarımızda qalib gəlməliyik. Yoxsa kiminsə məğlub olmasını gözləməməliyik.


Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər